Ərdoğan ermənilərə başsağlığı verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “erməni soyqırımı” ilə bağlı erməni patriarxı Aram Ateşyana başsağlığı verib.
Qafqaz.ir-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, məktub İstanbulda keçirilən “erməni soyqırımı” tədbirində ermənicə oxunub.
Məktubda osmanlı ermənilərin xatirələrini yad etdiyi bildirilir. Məktubda ermeni cəmiyyəti istər Osmanlı İmperiyası, istərsə Cümhuriyyət dövründən indiyə kimi çoxlu qiymətli övladlar yetişdirərək, Türkiyə inkişafında töhvələri olduğu vurğulanır.
Qeyd edək ki, 1915-ci ildə ermənilər təkcə Anadoluda 130 min əliyalın insanı vəhşicəsinə qətlə yetirib. İngiltərənin, Fransanın başdan-ayağa silahlandırdığı 200 mindən çox erməni əsgəri Türkiyənin canına daraşıb, əliyalın insanları kütləvi şəkildə qətlə yetiriblər.
Ermənilər 1914-cü ildən başlayaraq bütünlükdə Türkiyədə 3 milyondan çox insanı qətlə yetiriərək soyqırım törədiblər. O zamanın canlı şahidlərinin dediyinə görə, ermənilər Türkiyədə, Azərbaycanda və İranda kəndləri yerlə yeksan edir, yer üzündən silirdilər.
Türkiyə prezidenti Ədoğanın bu ermənilərə verdiyi başsağlığı elə məhz bu faktların işiğından baxanda çox qəribə görünür. Çünki qətlə yetirən erməniyə, qətlə yetirilən türkiyəlilərin prezidentinin başsağlığının səbəbi çox qaranlıqdır.
Ermənilərin könüllülər batalyonu
Erməni işğalı zamanı Həsənqaladan qaçan türkiyəlilər
Ermənilərin viran qoyduqları Ərzurumdakı müsəlmanlar
Bu gün Türkiyə prezidenti Ərdoğan erməni keşişinə türkləri qətlə yetirərəkən öldürülən ermənilərə
görə başsağlığı verdi