ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycanla quru sərhədlərini açıb

…“Qonşu ölkələrdən insanların ölkəyə girişinə qoyulan məhdudiyyətlər normallaşıb və PCR testləri mənfi olan şəxslər ölkəyə daxil ola bilərlər”

Qafqaz.ir   SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Daxili işlər naziri Əhməd Vəhidi deyib.

Ə.Vəhidi bu gün Koronavirusa qarşı mübarizə mərkəzində çıxışı zamanı bildirib ki, qonşu dövlətlərdən ölkəyə daxil olan şəxslərin girişinə qoyulan məhdudiyyətlər götürülüb.

“Qonşu ölkələrə səyahətə qoyulan məhdudiyyətlər də aradan qaldırılıb və bəzi ölkələrdən hava sərhədi ilə daxil olan səyahətçilər üçün məhdudiyyətlər götürülüb, lakin Fransa və Böyük Britaniya kimi Avropa ölkələrində məhdudiyyətlər qalmaqdadır”, deyə iranlı nazir əlavə edib.

Qeyd edək ki, İran son zamanlarda Omikron ştammına görə Afrika və Avropa ölkələrinə gediş gəlişə məhdudiyyət tətbiq edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button