ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran “Azadeqan” neft yatağı ilə bağlı açıqlama verdi

  • İranın Milli Neft Şirkətinin İnkişaf və Mühəndislik nazirinin müavini Reza Dehqan ölkəsinin ən böyük neft yatağı olan “Azadeqan” neft yatağının işlənməsi üçün ciddi qərarlı olduğunu bildirib.

nazir müavini müsahibəsində bildirib ki, yerli şirkətlər “Azadeqan” yatağının işlənməsi üçün ilkin araşdırmalar aparıblar.

Onun sözlərinə görə, tədqiqatlar aparıldıqdan sonra bu şirkətlərin texniki və maliyyə təklifləri İran Milli Neft Şirkəti tərəfindən təsdiqlənərsə, müqavilə ilə bağlı danışıqlara başlanacaq.

Həmçinin Dehqan Çin şirkətinin “Azadeqan” neft yatağının işlənməsi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.

  Qeyd edək ki, dünyanın ən iri on neft yatağından biri sayılan “Azadeqan” yatağı İranla İraq arasındakı ortaq sərhəddə yerləşir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button