İran Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunda xəstəxana tikməyi planlaşdırır.
Qafqaz.ir xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.
Səfir əlavə edib ki, İranın işğaldan azad edilmiş ərazilərlə bağlı digər layihələri də var.