Daxili işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi Camal Ürf cümə günü Ərdoğanın təfriqəçilik hərəkətinə işarə edərək İranın ərazi bütövlüyünün toxunulmaz olduğunu vurğulayıb.
Qafqaz Həqiqətləri DİN-nin informasiya mərkəzinə istinadla xəbər verir ki, Camal Ürf deyib: “Bu günlərdə əziz ölkəmiz əleyhinə bir sıra oyunlar və yanlış açıqlamalar ortaya atılır, lakin diqqət etmək lazımdır ki, İranın ərazi bütövlüyü qəti şəkildə toxunulmazdır.”
O, İranı gözəl və göz oxşayan xalçaya bənzədib ki, onun ilmələri müxtəlif millətlərdən təşkil olmuşdur, çox zəngin tarixə, qədim mədəniyyətə sahibdir və İran adlı bütöv bədən çərçivəsində ona gözəllik və kimlik bəxş etmişdir. Nazir köməkçisi əlavə edib: “Müxtəlif maraq və səbəblərdən bu bötüövlük əleyhinə danışanların hamısı illüzyaya düçar olmuşdur və cəfəngiyyat danışır.”
Milli Təhlükəsizlik Şurasının Etnik Məsələlər üzrə Komissiyasının sədri bəzi sahələrdə İran əleyhinə məkirli planların cərəyan etdiyini bildirib və diqqətli olmağın zəruriliyini vurğulayaraq deyib: “Belə nəzərə gəlir ki, Türkiyənin hakim partiyasında çirkin və təfriqəçilik niyyəti ilə gizli bir cərəyan iki ölkə arasında gərginlik və böhran yaratmaq ardıncadır.”
Ürf açıqlamasının digər hissəsində deyib: “Dəfələrlə təkid etmişik ki, müxtəlif sahələrdə ölkənin və xalqın rahatlığı, əmin-amanlığı əleyhinə geniş hücumlar baş verdikdə, əsas prioritet milli birlik və həmrəylik olmalıdır. Ölkənin milli maraq və təhlükəsizliyini qorumaq bütün siyasi qrup və cinahların ortaq vəzifəsidir. Təbiidir ki, daxili ixtilaflar artdıqda, düşmən tamaha düşür və illüzyaya qapanır.”
Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan bu yaxınlarda Azərbaycan Respublikasının Bakıda olarkən Araz çayı barədə şer oxuyub. Şerin məzmunu ölkəmizin işlərinə müdaxilə xarakteri daşıyır.