İran DİN: Tehran terraktı sona çatıb, vəziyyət nəzarətdədir

İranın Daxili İşlər Nazirliyi bir bəyanatda bildirib: Çərşənbə günü Tehranda törədilən iki terror aktı sona çatıb və vəziyyət tam şəkildə İranın təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin nəzarətindədir.
İRNA-nın məlumatına görə, İranın Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir: İki terror dəstəsi çərşənbə günü eyni vaxtda İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) pak məqbərəsi və İslam Şurası Məclisinin idarə işləri üzrə binasında kor terror hərəkətləri ilə İrandakı mövcud stabil və dinc şəraiti destabilliyə çevirməyə çalışıblar.
Bu bəyanatda bildirilir: İki nəfərdən ibarət birinci terror dəstəsi İmam Xomeyninin (rə) məqbərəsinin həyətinə daxil olub. Birinci şəxs partlayış və ikinci şəxs isə təhlükəsizlik məmurları ilə atışmada öldürülüb.
İran Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib: 4 nəfərdən ibarət ikinci dəstə isə birinci əməliyyatla eyni zamanda İslam Şurası Məclisinin idarə məsələləri üzrə binasına daxil olmağa çalışıb. Məmurların reaksiyasından sonra onlardan biri partlayışda, qalan üç nəfər isə parlamentin yuxarı mərtəbələrində silahlı insident nəticəsində öldürülüb.
İran DİN bildirib: Bu terror aktları nəticəsində 12 nəfər şəhid olub, 42 nəfər də yaralanıb.
İŞİD terror qruplaşması bu gün Tehrandakı terror aktlarının məsuliyyətini üzərinə götürüb.