İran dünyanın ən böyük 15-ci iqtisadiyyatı olacaq

İranın Dövlət Planlaşdırma və Büdcə Qurumu rəhbəri və Hökumət mətbuat katibi Məhəmməd Baqir Nobəxt İran BVF-nin açıqlamasına görə dünyanın ən böyük 18-ci iqtisadiyyatı olduğunu açıqlayıb.
İranın Dövlət Planlaşdırma və Büdcə Qurumu rəhbəri və Hökumət mətbuat katibi Məhəmməd Baqir Nobəxt İran BVF-nin açıqlamasına görə dünyanın ən böyük 18-ci iqtisadiyyatı olduğunu açıqlayıb.
İslamazeri.com xəbər verir ki, Nobəxt BVF-nin proqnozlarına görə, İranın yaxın bir neçə ildə isə dünyanın ən böyük 15-ci iqtisadiyyatı ola biləcəyini ifadə edib.
Nobəxt bunun üçün ən başda valyutada baş verən təlatümləri düzəltmək lazım olduğunu, hökumətin buna mütləq nail olacağını, çünki İran iqtisadiyyatının əsaslarının güclü olduğunu vurğulayıb.