ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sepah-ın Araz sərhəd bölgəsində hərbi təlimləri

Sepah-ın quru qoşunlarının Ərdəbil və Şərqi Azərbaycan vilayətlərindəki «Qüdrət» hərbi təlimləri Araz sərhəd xəttindən beş yüz kilometrdən çox bir ərazidə keçirilib.
Ərdəbil vilayətinin Muğan bölgəsinin Parsabad rayonunda hava yükboşaltması və paraşütçülərin endirilməsi. Eyni zamanda, Sepah-ın quru qoşunlarının xüsusi təyinatlı qüvvələrinin Şərqi Azərbaycan vilayətində- Araz sərhədində hava-desant əməliyyatı və öncədən təyin edilmiş hədəflərin içərilərinədək nüfuzu, Sepah-ın quru qoşunlarının İranın şimal-qərbindəki hərbi təlimlərinin sonuncu mərhələsidir.
Hərbi təchizatlar və qüvvələrin üzən səyyar körpülərin quraşdırılması ilə ilk dəfə olaraq Araz çayından keçməsi məşq edilib.
Hərbi təlimlərin yekun mərhələsi kilometrlərlə uzaqlarda- Parsabad sərhəd bölgəsində keçirilib.
Sürətli reaksiya taborları desant və yükboşaltma əməliyyatları ilə Araz sərhəd tranzit və qovşaq yollarının ələ keçirilməsini məşq ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button