ArxivXəbər lentiXəbərlər

İran: “Ermənistan Araz çayını çirkləndirməklə Xəzər dənizinə ciddi təhlükə yaradır”

Son günlər İranda ölkənin səhra əyalətlərinə Xəzər dənizindən su kanalının çəkilməsi müzakirə mövzusudur. Məhz bu səbəbdən Xəzərin ekoloji vəziyyəti gündəmə gəlib.
SalamNews xəbər verir ki, İranın Mehr xəbər agentliyi mövzuya aid geniş material nəşr edib.
Yazıda ekologiya mütəxəssislərinin fikirlərinə istinadən belə bir layihənin həyata keçirilməsinin Xəzər üçün həyati dərəcədə təhlükəli olduğu bildirilir. Qeyd olunur ki, ümumiyətlə Xəzər ekoloji cəhətdən normal durumda deyil.
Daha sonra müəllif Xəzərin ekoloji durumuna mənfi təsir edən amillərdən bəhs açaraq, Ermənistanın son illərdə Araz çayını ciddi şəkildə çirkləndirdiyini vurğulayır:
“Xəzərin bütün problemləri onun simasından bəlli deyil, bəzi problemlər illərdir ki, bu dənizin gizli qatlarında cərəyan edir. Belə problemlərdən biri də, Ermənistanın sənaye və mədən tullantılarıdır ki, Araz çayının vasitəsilə Xəzərə axıdılır”
Mərənd və Culfanın deputatı Məhəmməd Həsənnejad bildirir ki, erməni tərəfi Arazı çirkləndirdiyini etiraf edir, amma, təəssüfki, məsul şəxslər heç bir ciddi addım atmırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button