ArxivIslamXəbər lentiXəbərlər
İran gələn həftə özünün S-300 analoqu olan zenit-raket kompleksini təqdim edəcək

İran özünün “Bavar-373” zenit-raket kompleksi üzərində apardığı işləri yekunlaşdırıb və gələn həftə onun təqdim olunacağı gözlənilir.
bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi Tehranın təsdiqlədiyi məlumata görə, kompleks Rusiyanın S-300 zenit-raket sisteminin analoqudur.
Bildirilir ki, “Bavar-373” 27 km yüksəkliyədək hədəfi məhv edə bilir. İran sisteminin radiusu 200 km-dir.