Mehr agentliyi xəbər verir ki, İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı general Hüseyn Səlami rəsmi tvitter hesabında “İrana birgə şəkildə cavab” vermək istəyən Britaniya, ABŞ və İsrailə xəbərdarlıq edib.
“Düşmənlər batil fikir və düşüncələrini başlarından çıxarsınlar. Çünki bizim cavabımız dağıdıcı və peşmanedici olacaq. Onlara tövsiyəmiz budur ki, İran xalqı ilə qarşılaşmaq cəbhəsinə daxil olmasınlar. Çünki biz möhkəm və müqavimət edənik”, – paylaşımda deyilir.