Qaz tədarükünün marşrutlarından biri Azərabycandan keçə bilər.
İranın Gürcüstandakı səfiri Abbas Tələbi bəyan edib ki, İran Avropaya qazı Gürcüstan ərzisindən də ixrac edə bilər.
Oxu.Az bu barədə “İran.ru”ya istinadən xəbər verir.
İran diplomatının sözlərinə görə, qaz Gürcüstana həm bu ölkənin daxili tələbatını ödəmək, eləcə də Avropaya tranzit üçün tədarük edilə bilər.
Abbas Tələbi bu məsələ üzrə Gürcüstanın yekun qərarını milli maraqlarından çıxış edərək qəbul etməli olduğunu və İranın onunla əməkdaşlığa hazır olduğunu vurğulayıb.
İranın Gürcüstandakı səfirinin sözlərinə görə, hazırda İrandan Gürcüstana qaz tədarükünün mümkün marşrutları öyrənilir. Bu marşrutlardan biri Azərbaycandan keçə bilər.
Bununla əlaqədar öz təkliflərini erməni tərəfi də irəli sürüb. Eləcə də mübadilə qaz tədarükü məsələsi də nəzərdən keçirilir.