ArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Həbsdəki MBH üzvləri və digər məhbuslar cəbhəyə yollanmaq istəyirlər

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvləri baş verən son döyüşlərlə bağlı bəyanat yayıb.

“Hər bir Azərbaycan vətəndaşı kimi biz də vətən uğrunda mübarizəyə hazırıq.
Müsəlman Birliyi Hərəkatının müxtəlif cəzaçəkmə müəssisələrində olan üzvləri, yüzlərlə məhbusun yalnız döyüş müddəti üçün azadlığa buraxılaraq döyüşmək istəklərini bildirərək bütünlükdə döyüş əzmində olduqlarını söyləyiblər.

Cəbhə bölgəsində gedən döyüşlərə həbsxana divarları arxasından vətəni sevən Azərbaycan oğulları da dəstək veriblər. Bir çox həbsxanalardan Azərbaycanın həyatyüklü mübarizəsinə töhfə vermək istəyən məhbuslar qanları və canlarını vətənin azadlığı üçün qurban verməyə hazır olduqlarını bəyan edirlər. Dəmir barmaqlıqlar arasından cəbhədən hər bir xəbəri həyəcanla dinləyən məhbuslar Azərbaycanın azadlığını məhbus həyatını yaşayan şəxslərin daha çox anladığını bildirərək döyüşə hazır olduqlarını dəmir barmaqlıqları arasından bildirirlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button