ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran İnqilab Keşikçiləri Korpusu qisas andı içdi

İran İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı Hüseyn Səlami Qüds qüvvələrinin polkovniki Səyyad Xudayiyə qarşı sui-qəsddə “sionistləri” günahlandırıb.
İnqilab Keşikçiləri Korpusunun rəsmi saytında verilən açıqlamaya görə, Səlami Xudayinin “ən qəddar xalq olaraq sionistlər tərəfindən şəhid edildiyini” bildirib və qisas almağa and içib.
Digər tərəfdən, Səlami İranın İsrail üçün tez-tez işlətdiyi “sionist rejim” ifadəsini işlətməyib.