İranın Mülki Müdafiə Təşkilatının rəhbəri general Qulamrza Cəlali deyib:
“Instagram və WhatsApp-ın bloklanması Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib”.
Onun sözlərinə görə, “bu şirkətlər İranın daxili qanunlarına əməl etməyə başlamadıqca qadağa davam edəcək”. Bu əbədidir.
2018-ci ildə Telegram-ı bloklayandan sonra Instagram və WhatsApp İranda VPN olmadan əldə edilə bilən yeganə xarici sosial media olaraq qaldı.
Sentyabrda etirazlar başlayandan onların da qarşısı alınıb, lakin müvəqqəti olaraq.