ArxivQarabağXəbər lentiXəbərlər

İran işğal olunmuş ərazilərin azad edilməsini əks etdirən razılaşmanı müsbət qarşılayır – İran XİN

İran İslam Respublikası ərazi bütövlüyü, beynəlxalq sərhədlərin dəyişilməməsi, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqınların qayıtmasını özündə ehtiva edən Azərbaycan və Ermənistan arasında imzalanan razılaşmanı müsbət qarşılayır.

Qafqaz.ir-in məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan arasında razılaşma ilə əlaqədar bəyanatında öz əksini tapıb.

İran XİN bildirir ki, İran münaqişənin həlli ilə əlaqədar bu razılaşmanın prinsiplərinin Qafqazda davamlı sülhün bərpası ilə nəticələnəcəyinə ümid edir.

İran XİN-in bəyanatında qeyd olunur ki, İran bir daha bölgədə sülh və təhlükəsizliyə kömək etməyə və regional təşəbbüslərdə iştirak etməyə hazır olduğunu bildirir.(Trend)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button