ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Əbulfəs Qarayevin müavininin cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Rüşvət almaqda təqsirləndirilən Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyat nəticəsində nazirlik rəsmilərinin korrupsiya əməlləri ilə məşğul olduqları, mədəni abidələrin qorunub saxlanılması və bərpası üçün ayrılan vəsaitləri mənimsəmələri aşkar edilmişdir. Nazirlikdə geniş qanun pozuntuları qarşılığında Nazir müavini Rafiq Bayramov saxlanılmışdı. Sonra Mədəniyyət Naziri Əbulfəz Qarayev də vəzifəsindən azad edildi. Ancaq onun Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxardığı barədə yayılan məlumatlara, eləcə də başçılıq etdiyi nazirlikdə baş vermis geniş miqyaslı yeyintilərə rəğmən cinayət işinə cəlb edilməməsi Azərbaycan Respublikası ümumi fikrində onun toxunulmaz olması barədə fikir formalaşdırıb.  

Xatırladaq ki, sabiq nazirin Britaniyaya külli miqdarda pul çıxarması barədə “Gununsesi.org” saytı Britaniyanın “Evening Standard” qəzetinə istinadla məlumat yaymışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button