ArxivXəbər lentiXəbərlər

İran islam respublikası“Nabukko” layihəsini dəstəkləyir

İran “Nabukko” qaz layihəsi ilə Avropaya qaz nəql etməyə hazırdır, bu barədə İranın neft üzrə nazir müavini Əli Məcidi İran KİV-lərinə bildirib.

Avropa enerji resurslarının nəqli marşrutlarını müxtəlifləşdirmək niyyətində olduğu halda İran dünyada ən böyük qaz ehtiyatları ilə “Nabukko” vasitəsilə Avropaya qaz göndərə bilər, deyə o qeyd edib.
Bu yaxınlarda mümkün qaz nəqli marşrutlarının müzakirəsi üçün Avropadan iki nümayəndə heyəti İrana gəlmişdi. Onun sözlərinə görə, bu marşrutlar Türkiyə, İraq, Suriya, Qafqaz ölkələri və Qara Dənizdən keçə bilər. Bu zaman Türkiyə marşrutu digərlərindən daha üstün görünür.
İran qazı olmadan “Nabukko” faydasız olacaq və Xəzərdə təkcə “Şahdəniz” yatağından çıxan qaz kifayət etməyəcək, Məcidi belə hesab edir.
Qeyd edək ki, “Nabukko” layihəsi 2013-cü ildə qeyri-müəyyən müddətə dondurulub. Əsas səbəb kimi mövcud qaz həcminin kifayət etməməsi göstərilmişdi.
TANAP (Transanadolu) və TAP (Transadriatik) qaz kəmərlərinin işə salınması ilə Azərbaycan qazının Avropaya nəqli reallaşır. İrandan Qərbin sanksiyalarının qaldırılması Tehrana bu layihənin yeganə və fəal iştirakçısı olmaq şansı verir./contact.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button