erməni mediasına istinadən xəbər verir ki, iştirakçılar paytaxt İrəvanın Azadlıq meydanına toplaşıblar.
Aksiyada baş nazir Nikol Paşinyanın və hakimyətin əleyhinə şüarlar səsləndirilib.
Eyni zamanda sabah Belçikanın paytaxtı Bürüsseldə Avropa İttifaqının təşəbbüsü ilə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünə də etiraz bildirilib.
17:47
Müxalifətin mitinqi tezliklə başlayır.
Ermənistanın paytaxtı İrəvanda çoxlu sayda təhlükəsizlik qüvvələri toplaşıb.
Qeyd edək ki, müxalifət mitinqi Azadlıq meydanında saat 18:30-da başlamaq fikrindədir. Lakin mitinqöncəsi polis qüvvələrinin aktivliyi müşahidə olunur.