Seyid Abbas Musəvi işğalçı İsrail rejiminin Bakıdakı səfirinin İrana qarşı açıqlamalarına belə reaksiya verib: “İndiki mərhələdə yalnız HƏMAS-ın cəsur döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz”.
Səfir əlavə edib: “Unutma ki, İran müdaxilə etsə, bu dəfə Nil çayının əvəzinə Aralıq dənizində dəfn olunacaqsınız. Qaçış yolunuz yoxdur”.
İran səfiri habelə yazıb: “İndi bütün dünya sizə qarşıdır! Müsəlman, mərd və qeyrətli Azərbaycan xalqı bütün dünya xalqları kimi siz irqçi işğalçılara nifrət edir”.