Xəbərlər

İran UNESCO-nun Az.R-nın çoqan oyunu ilə bağlı istəyinə etiraz edib

Bakıda keçirilən UNESCO-nun qeyri maddi mədəni irsin qorunması üzrə komitəsinin 8-ci sessiyasında Qarabağ atları ilə çoqan oyunu qeyri maddi –mənəvi irs kimi tanındı.

Çoqan oyunun İranda 3 min ildən artıq tarixi keçmiş var. Bu barədə çoxlu sayda tarixi sənədlər İranda mövcuddur.
Təəssüflər olsun ki , İranın etirazı ilə Qarabağ atları ilə coqan Az.R-nın adına yazılmaqla başlandı.
İranın UNESCO-nun nəzdindəki nümayəndəsi Doktor Məcidi və Az.R-nın mədəniyyət naziri Əbülfəzl Qarayev də bu məsələyə münasibətlərini bildiriblər.

qeyd edek ki, Tarixin şahidliyi ilə İran idmanı olan və İranda 3 min illik tarixə malik olan Çövkən oyunu UNESKO-da məhdud şəkildə Azərbaycan respublikasının adına qeydə alınıb.

Azərbaycan Respublikası dövlətinin Çövkən oyununun bu ölkə adına qeydə alınmasını tələb etdiyini nəzərə alaraq, YUNESKO-nun mənəvi irs komitəsinin Bakıda keçirilən 8-ci iclasında Qarabağ atı ilə Çövkən oyunu YUNESKO-nun mənəvi irs siyahısında Azərbaycan Respublikasının adına qeydə alınıb.
İranın YUNESKO-dakı daimi nümayəndəsi Dr Məcidi bildirib ki, Azərbaycan Respublikası dövlətinin Çövkən oyununun bu ölkənin adına qeydə alınmasına dair verdiyi ərizəsi, onun gözlədiyi kimi qəbul olunmayıb və sadəcə Qarabağ yerli oyunu Azərbaycan Çövkəni kimi qeydə alınıb.
Dr. Məcidi deyib: tarixi Çövkən oyununun bir neçə xalqın adına qeydə alınması mövzusu isə YUNESKO-nun mənəvi irs komitəsinin növbəti iclaslarında araşdırılacaq.
Azərbaycanın mədəniyyət naziri Əbülfəzl Qarayev də İranın ənənəvi Çövkən oyununun məhdud şəkildə Azərbaycanın adına qeydə alınması barədə deyib: Çövkənin YUNESKO-da qeydə alınması Azərbaycan Respublikası tarixi və mədəniyyətini özündə əks etdirir.
Qarayev deyib: İran Qarabağ atı ilə ənənəvi Çövkən oyununu mühafizənin əhəmiyyətini bilir, biz İran heyəti ilə görüşdük və iki ölkənin dostluğuna zərbə vuracaq qeyri zəruri cəhətlər çıxarıldı.
Qeyd edək ki, Azərbaycan Respublikası İranla eyni tarixi köklərə malik olduğuna görə İranın bütün tarixi və mədəni dəyərlərində özünü hüquqlu bilir.
Hazırkı Azərbaycan Respublikası, 200 il öncə Qafqazın digər əraziləri ilə bərabər Çar Rusiyasının hərbi təcavüzü nəticəsində İrandan ayrıldı. Lakin ötən 200 il ərzində Çar Rusiyası və SSRİ-nin cəhdləri eləcə də, sovet ittifaqının dağılmasından sonra qərb və sionist rejimin bu ölkəyə mədəni nüfuzuna rəğmən, bu ərazilərin İranla tarixi və mədəni bağlılıqları, Azərbaycan Respublikasının müsəlman xalqı tərəfindən vurğulanmaqdadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button