Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan istefa edib. SalamNews “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, nazir bu barədə öz “Facebook” səhifəsində yazıb.
Arakelyanın sözlərinə görə, o, müharibədən sonrakı çətin dövrdə müharibənin yaratdığı sosial fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək etmək məqsədi ilə üzərinə məsuliyyət götürmüşdü.
Qeyd edək ki, son zamanlarda Arakelyan hökumətin bəzi qərarları ilə razılaşmırdı.