ArxivXəbər lentiXəbərlər

İran Mədəniyyət Mərkəzinin rəhbəri: “Qarabağımız uğrunda vuruşmalı, geri almalıyıq”

“Biz İran olaraq hər kəsə qarşı tolerantıq, amma bu o demək deyil ki, Qarabağı işğal edənlərə qarşı da tolerant olacağıq”.

“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanda multikulturalizm modeli” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyib.

O qeyd edib ki, Qarabağ Azərbaycandan-din qardaşlarından alınıb: “Biz gözləsək, tolerantlıq nümayiş etdirsək, onlar Qarabağı geri qaytarmayacaq. Bu dəqiqdir! Ona görə də haqqımız uğrunda – Qarabağımız uğrunda vuruşmalı, onu geri almalıyıq. Qarabağ bizim haqqımızdır. Müqəddəs Qurani Kərim də buyurur ki, haqqın uğrunda vuruş!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button