63 ölkə BMT-nin insan haqları şurasından istəyibdir ki, sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərinə baxılması üçün iclas keçirsin.
SəhərAzəri-nin məlumatına əsasən, Cenevrədəki islami ölkələrin səfirlərinin təşəbbüsü ilə bir məktub yazılıb və insan haqları şurasının sədrindən sionist rejimin Fələstin xalqına qarşı son cinayətlərinə baxılması üçün şuranın növbədənkənar iclasını keçirməsi istənilib.
Bu əsasda İslam Əməkdaşlıq Təşkilatına üzv 55 ölkə, həmçinin Meksika, Kuba, Venesuela, Boliviya, Namibiya, Eritreya, Çin və Cənubi Afrikaya şamil olan səkkiz qeyri-üzv ölkə sionist rejimə qarşı xüsusi iclasın keçirilməsi tələbinə dair məktuba qoşulubdur.