ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ermənistanla Fransa arasında silah tədarükü ilə bağlı müqavilə bağlanıb

Yerevan və Parisin Fransanın “CAESAR” özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzaladığı bildirilir. Bu barədə iyunun 18-də Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” (Twitter) sosial şəbəkəsində məlumat paylaşıb.
“Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ “CAESAR” silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”, – Lekornu qeyd edib.
“CAESAR” özüyeriyən silahı zirehli kabinli “Renault Sherpa” 10 yük maşınının şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.
Azərbaycanın Müdafiə Nazirliyi fransalı nazirin açıqlamasına reaksiya verib. Nazirlik bildirib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Parisin Cənubi Qafqazda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur:
“Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Yerevanın öldürücü silahlarla təchiz edilməsi Rəsmi Parisin riyakarlığının növbəti təzahürüdür”.
Müdafiə Nazirliyi hesab edir ki, Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur:
