Beynəlxalq “Hüseyn kimdir?” (Who is Hussain) təşkilatı İmam Hüseynin (ə) insanlığa verdiyi mesajlarını praktiki cəhətdən canlandırmaq üçün bir sıra xeyriyyə aksiyaları keçirib.
Qafqaz.ir ABNA-ya istinadən xəbər verir ki, “Hüseyn kimdir?” təşkilatının könüllüləri Mavriki adasındakı bölgələrə baş çəkərək, ehtiyaclı insanlar üçün xeyriyyə aksiyası keçiriblər.
Keçirilən aksiya vaxtı gigiyena maddələri və isti yeməklər olan bağlamaların ehtiyaclı insanlara paylanılması ilə yanaşı, şəhidlər sərvəri və sadiq yavərlərini tanıdan broşuralar paylanıb.