ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
İran xarici işlər nazirinin Azərbaycanla bağlı açıqlaması

Oktyabİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dünən axşam qatıldığı televiziya proqramında Azərbaycanla bağlı açıqlamalar verib.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran İslam Cümhuriyyətinin Dağlıq Qarabağın işğaldan azad edilməsini dəstəklədiyini xatırladıb və Azərbaycan hakimiyyətinin bundan xəbərdar olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran haqqındakı açıqlamalarına toxunan Abdullahian qeyd edib ki, Azərbaycan Prezidentinin bəyanatlarına diplomatik kanallarla reaksiya verilib:
“Diplomatik kanallar vasitəsilə də Azərbaycan rəsmilərindən müsbət mesajlar aldıq”.
Regional sərhədlərdəki dəyişikliklərin İran üçün qəbuledilməz olduğunu da vurğulayan Əmir Abdullahian deyib ki, İran öz sərhədləri yaxınlığında saxta sionist rejimin mövcudluğuna heç vaxt dözməyəcək.
“Qarabağ savaşında bəzi terrorçular bölgəyə köçürülüb və sionist rejim bu gərginlikdən istifadə etməyə çalışır. İran diplomatik yollarla siyasi-hərbi və təhlükəsizlik səviyyəsində narahatlığını ifadə edib.
İran Azərbaycanın böyük və yaxın qonşusudur. Tehran sionistlər və terrorçuların Azərbaycan Respublikası üçün təhlükə yaratmasından narahatdır.
İran sionist rejimi qanuniləşdirməməklə bağlı mövqeyini hər zaman dilə gətirib. Sionist rejim bölgənin gələcəyində heç bir yerə sahib ola bilməyəcək”,