İran nanotexnologiya sahəsində 4-cü yerdə

StatNano Statistika və Məlumat Mərkəzinin yeni məruzəsində İran nano elmi sahəsində 10494 məqalə təqdim etməklə dünyada 4-cü yerə sahib olub.
Qafqaz Həqiqətləri xəbər verir ki, İran 2019-cu ildə nano elmi sahəsində 10494 məqalə təqdim edərək dünyada 4-cü yeri tutub.
Mərkəzin cari ildə verdiyi yeni açıqlamasına əsasən, 2019-cu ilə kimi nanotexnologiya sahəsi üzrə 178 min məqalə nəşr edilmişdir. Onlardan 74000 məqalə Çinin payına düşür. Ona görə də Çin bu sahə üzrə dünyada 1-ci yerə sahiblik edir. Amerika 24000 məqalə ilə ikinci yerdə dayanır. Hindistan və İran isə sonrakı yerləri tutur.
Nano elmi sahəsindəki məqalələr ölkənin bütün nəşriyyatlarında çap edilən məqalələrinin sayına görə də yer tuta bilər. Bu baxımdan İran ilk yerdə dayanır. Belə ki, çap edilən məqalələrin 21 faizi nanotexnologiya üzrə olmuşdur.
StatNano Statistika və Məlumat Mərkəzinin təqdim etdiyi məruzəyə görə, nanotexnologiya üzrə İrandan sonra Almaniya, Yaponiya, Fransa, Rusiya, Cənubi Koreya, Avstraliya dayanır.
Qeyd edək ki, StatNano Statistika və Məlumat Mərkəzi 2010-cu ildən başlayaraq elmi metodlarla nanotexnologiya üzrə statistika və məlumatlar çıxarış edir. Mərkəz dünyada tədqiqatçıların və siyasətçilərin müraciət etdiyi mənbə hesab olunur.