İran neft qiymətlərindən necə istifadə etdi?

İran uzun müddət dənizdə tankerlərdə saxladığı neftin 13 mln. bareldən çoxunu sata bilib.
Bu barədə Hedef14.az Reuters-ə istinadən xəbər verir.
Agentlik dəniz daşımaları sahəsində mənbələrə istinadən bildirir ki, İran neft bazarının nəbzini yaxşı tuta bilib.
Belə ki, neftin ucuz olduğu zamanda təmkinlə gözləyən İran, neft bahalaşan kimi tankerlərdə qalmış neftinin yarıya qədərini satmağı bacarıb.
Nəticədə İran neft ixracına qoyulmuş qadağanın olduğu illərdə öz bazardakı payını bərpa etmək cəhdində müəyyən qədər istəyinə nail ola bilib.
İnformasiya agentliyinin digər məlumatına görə, İranın belə arxayın hərəkətləri bu ölkənin nefti üçün yeni alıcıların tapılmasına da işarədir.
Qeyd edək ki, son üç ay ərzində rəsmi Tehran uzun müddətdir ki, tankerlərdə gözləyən neftin təxminən yarısını satıb. Belə ki, oktyabrın əvvəllərindən etibarən tankerlərdəki İran neftinin həcminin 29,6 mln. bareldən 16,4 mln. barelə qədər azaldığı müəyyən edilib.
Buna qədər İranın dənizdəki neft ehtiyatları 2016 il ərzində praktiki olaraq dəyişməz idi.
2016-ci ilin yanvarında göstərici 29,7 mln. barel təşkil edib.