USA-ELECTION/IRAN-EUROPE
İranın birinci vitse-prezidenti İshaq Cahangiri bəyan edib ki, ölkəsi nefti üçün yeni alıcılar tapıb.
Cahangiri əvvəllər İslam Respublikasından neft almayan dövlətlərin hazırda “qara qızıl”ın alınması üçün yollar aradıqlarını vurğulayıb.
“Bəzi ölkələr İran neftindən imtina etsələr də, biz yeni tərəfdaşlar tapdıq”, – İran rəsmisi bəyan edib.
O həmçinin qeyd edib ki, İran hazırki tərəfdaşları ilə də danışıqlar aparıb.