AktualAktualArxivXəbər lentiXəbərlər

İran niyə əsəbidir?Qondarma Dağlıq Qarabağ Respublikası xarici işlər nazirinin müsahibəsinə təhlil

Bütün bunlar göstərdi ki, biz İranın düşmənini Bakıya gətirərsək, İran da asanlıqla bir müsahibə və bir neçə sadə məqalə ilə bizi ciddi problemlə üzləşdirə bilər

Qafqaz mədəniyyət mərkəzi – Araz Rustamzadə:  İran və Azərbaycanın qədim dostluğu vardır. Dövlətlərdən əlavə, xalqlarımızın yaxın dini, tarixi və sivilizasiya bağlılıqları da vardır. Farsdilli böyük şairlərin bir qrupu Gəncə, Şirvan, Naxçıvan və bizim ərazilərimizdə yetişmişdir.

Azərbaycanın qədim şəhərlərində də İran memarlığı və adət-ənənələrini çoxlu şəkildə müşahidə etmək mümkündür. Heyf ki, Türkmənçay müqaviləsi bizi onlardan ayırdı!

Amma hazırda əlaqələrimiz mürəkkəbdir, siyasətçilərin yaxın olmasına rəğmən böyük etimadsızlıq divarı vardır. Bu etimadsızlığın səbəbi özümüzdədir. Elçibəy zamanından bizim İranla siyasi münasibətlərin forması fobiya və bu ölkədə birləşmək qorxusu ilə formalaşıb. Bakıda bir qrup şəxs bu nəticəyə çatdı ki, İran bizi uda bilər. Deməli yaxşı olar ki, biz öncədən addım ataq və Cənubi Azərbaycan amilindən istifadə edək. O tarixdən bu günə qədər İranın siyasi müxalifləri və düşmənləri Bakını ikinci evləri kimi görmüşlər. Bakı ötən iki dekadada açıq-aşkar şəkildə Turan və Vahid Azərbaycan röyasında olan şəxslərə kömək etmiş, sığınacaq, pul və media imkanları vermişdir. 

Huşang Cəfəri

 Separatçi Huşang Cəfəri  Baki da: İran xəritəsinə diqət

Günaz televiziyası bu hallardan biridir ki, bu televiziyanın proqramlarının əsas hissəsi Bakıda hazırlanır və yayım üçün Çikaqoya göndərilir.

Bakıda yaşayan Nəsib Nəsibzadə və Yaşmin Qaraqoyunlu hər həftə bu televiziyanın proqramlarında iştirak edirlər.

Bu televiziya İslam Respublikasını devirmək, İranı parçalamaq niyyətindədir və dəfələrlə İranın siyasi və mənəvi liderlərinə hörmətsizlik edib.

İlham Əliyev üçtərəfli iclasda iştirak etmək üçün Tehrana getdiyi zaman, İran diplomatik etikaya əsasən, öz medialarını nəzarətdə saxladı ki, bizim prezident və Azərbaycan Respublikası əleyhinə məqalə yazılmasın.

Amma qəfildən iranlılar gördülər ki, həmin səfər ərəfəsində Yusif Əzizi Bəni Torof  adlı beynəlxalq terrorçu Bakının qonağıdır və Azərbaycana gəlib. O İranın neftlə zəngin bölgələrində terror aktları təşkil etməkdə və bombalar partlatmaqda suçlanır və təqibdədir. Həmçinin Ərəbistan kimi ölkələrlə İran əleyhinə əməkdaşlıq edir yaxud da İranın həssas yanaşdığı BBC-də İran İslam Respublikası əleyhinə fəaliyyət göstərir.

İlham Əliyevin Tehrana səfəri zamanı Bəni Tərəfin qəbul olunması bir mesaj hesab olundu. Bu mesaj İranı qəzəbləndirə bilərdi.

bani

Sonda İranın səbir kasası daşdı. Bundan öncə də bizim medialar İran əleyhinə çoxlu məqalələr yazmışdılar. Dərs kitablarında İran əleyhinə dərsliklərdə reallığın ziddini şagirdlərə söyləyirik və İran bunu bilir.

Başqa bir diplomatik səfər zamanı bu dəfə İrandan bizə mesaj çatdı. Çoxtirajlı müstəqil qəzet olan Şərq qəzeti qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri ilə müsahibəni dərc etdi. Müsahibənin mahiyyəti problem idi. Lakin sırf bizə çatdırdı ki, İranda bizdən də yaxşı psixoloji əməliyyatı irəlilədə biləcək şəxslər vardır. İranlıların millətçiliyi güclüdür, ölkələrini müdafiə etmək istəyərlərsə, hərtərəfli işləyirlər. Görünür iranlı ziyalılar və jurnalistlər arasında bizim İran əleyhinə davranışlarımıza artıq dözə bilməyən şəxslər vardır.

Bir neçə gün ərzində İranın etibarlı nəşrlərində bir sıra məqalələr dərc olundu ki, bizə xoş gəlmirdi. Bütün bunlar göstərdi ki, biz İranın düşmənini Bakıya gətirərsək, İran da asanlıqla bir müsahibə və bir neçə sadə məqalə ilə bizi ciddi problemlə üzləşdirə bilər.

imam

Pablika.az dan İmamXomeyni ye Təhqir

Hazırda məsələnin xərcləri və faydalarına diqqət yetirək.

Bəni Torofin Azərbaycan Respublikasına gəlişi İranın heç bir önəmli mediasında işıqlandırılmadı və iranlılar üçün problem yaratmadı. Lakin bir qrupu çox qəzəbləndirdi. Ama Masis Mailiyanın müsahibəsi səbəb oldu ki, bizim böyük qurumlarımız bir neçə həftə məşğul olsunlar və hətta Prezident Aparatının Araşdırmalar Mərkəzi də bu məsələyə daxil oldu. Bizim rəsmilərimiz bilməlidirlər ki, biz bir iş görərsə, iranlılar onun qarşılığını verəcəklər. Bu reaksiyalara dözə bilmiriksə, macəralar arxasınca olmayaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button