ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu növbəti rəzalətin yaşandığı hadisə heç bir haqq qazandırılmayacaq qədər utanc gətiricidir.

Müsəlman Birliyi Hərəkatı martın 20-də Türkiyənin Adana şəhərində Furqan vəqfinin keçirdiyi dinc yürüşə müdaxilə edən polis zorakılığını qınayıb. Bu barədə bəyanat yayan hərəkat hər növ zorakılığın yolverilməz olduğunu dilə gətirib:

Türkiyədə baş verən vəhşi olay növbəti dəfə hakim qüvvələrin öz və ya kənar maraqlar çərçivəsində alçalan siyasətinin açıq təzahürü idi. Adanada müsəlmanların dinc yürüşünə heç bir insanlıq müstəvisinə sığmayn davranış Türkiyə hakimiyyətinin təkcə İslama qarşı deyil, düşüncə və tənqidə qarşı da qəddar zorakılığını nümayiş etdirirdi. Ölkədə dinc yürüşə qarşı güc nümayiş etdirən istənilən hakimiyyət əslində qarşı tərəfin müqabilində aciz, zəif və rəzil olduğunu göstərir. Öz vətəndaşına amansız divan tutan, onu əzməyi öz “qəhrəhrəmanlığı” sayan rejimlər dünyada danışdıqları yalançı insan haqları haqqında olan real düşüncələri və maraqları çərçivəsində ali təqdim etdiyi prinsiplərinə necə yanaşdıqlarını nümayiş etdirirlər. Yürüşün hakimiyyətin iddia etdiyi hansı hüquq pozuntusundan asılı olmayaraq belə, qəddar davranışla dağıdılması bir çox qaranlıq məqamları da aydınladır. Planlaşdırılmış islamafob davranışın mövcud öhdəliklər üzərində təzyiqinə hesablanmış bu addımlar sankı dünyada İslam dininə qarşı amansız reperessiya layihəsinin tərkib hissəsi olaraq icra edilirdi. Əks halda qəddarlıqla qadınları belə amansızlıqla əzməyə qalxan türk polisinin öz xalqına qarşı nifrətinə başqa nə səbəb ola bilərdi?

Biz Türkiyənin Adana şəhərində dinc yürüş edən müsəlmanlara qarşı amansız şiddəti ittiham edir, hadisədə müqəssir olan hər bir cinayətkarın tezliklə cəzalandırmasını tələb edirik.

Müsəlman Birliyi Hərəkatı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button