ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İran yükdaşımalarla bağlı əməkdaşlığın zəruriliyi haqqında razılığa gəlib

Azərbaycan və İran yükdaşımalarla bağlı əməkdaşlığın zəruriliyi haqqında razılığa gəlib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu razılıq İran İslam Respublikası Yol və Şəhərsalma Nazirliyinin Limanlar və Dəniz Təşkilatının nümayəndələrinin (PMO) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyi ilə görüşü zamanı əldə olunub.

“PMO”nun nümayəndəsi Cabbar Cəlilian təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib, gəmiçiliklə birgə layihələrin icra olunacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xəzər dənizinin dostluq, əməkdaşlıq və sülh dənizi olması fikrini qonaqların diqqətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Azərbaycan dənizçilərinin dost və qonşu ölkənin şirkətləri ilə gəmiçilik sahəsində qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ölkə başçısının müvafiq sərəncamı ilə 3 il əvvəl yaradıldığını bildirən sədr kollektivin qısa müddət ərzində qazandığı uğurlar və qarşıda duran vəzifələrdən də söz açıb.

Tərəflər görüş zamanı yükdaşımalar, gəmi təmiri, dəniz dibinin dərinləşdirilməsi, agent xidmətləri, Xəzərdənkənar hövzələrdə fəaliyyət, dənizçilik təhsili sahələrində birgə əməkdaşlığın zəruriliyinə dair ətraflı fikir mübadiləsi aparıb, razılığa gəliblər.

Görüşdən sonra qonaqlar gəmiçiliyin muzeyi ilə yaxından tanış olublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button