İran parlamentinin sədri Qarabağ problemindən danışıb

Laricani: “İran və Rusiya gərək Bakı və Yerevanı münaqişəni sülh yolu ilə həll etməyə razı salsın”
İran parlamentinin sədri Əli Laricani bildirib ki, İran və Rusiya gərək öz imkanlarından istifadə
edərək, Qarabağ münaqişənin siyasi yol ilə həll olunması üçün Azərbaycan və Ermənistanı razı salsın.
“Bizim nəzərimizi çəkən əsas məsələlərdən biri Azərbaycan ilə Ermənistan arasında olan münaqişədir. Regionda kifayət qədər burulqanlıqlar və müharibələr var. Biz yeni bir müharibənin başlamasına mane olmalıyıq. Biz rusiyalı dostlarımızla müharibə alovunun regionda yayılmamasını istəyirik. Azərbaycan və Ermənistanın münaqişəni siyasi yol ilə həll etmələri üçün, İran və Rusiya öz imkanlarından istifadə etməlidir.” , – deyə Laricani bildirib.
Qeyd edək ki, İran XİN rəsmisi Zərif İranın Qarabağ probleminin siyasi yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirmiş, ( Ətraflı ), sonrakı açıqlamasında isə “Yaxın dostumuz Azərbaycan, qonşumuz Ermənistan” bəyanatı ilə yadda qalmışdı – Ətraflı .