"İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Bakıya gələcək". Qafqaz mədəniyyət mərkəzi -Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi məlumat verib. O bildirib ki, M. Vaezi dekabrın 21-də Bakıda keçiriləcək İslam Həmrəyliyi İlinin yekunlarına həsr olunan beynəlxalq konfransda iştirak edəcək. Konfransda bu il ərzində görülmüş işlər müzakirə olunacaq. Qeyd edək ki, 2017-ci il prezident İlham Əliyevin müvafiq qərarı ilə İslam Həmrəyliyi ili elan olunub.