İran prezidenti Seyid İbrahim Rəisi bu gün Nyu-Yorka yola düşüb.
Qafqaz.ir İRNA Agentliyinə istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim rəisi BMT Baş Assambleyasının 77-ci iclasına qatılmaq üçün bu gün sübh Nyu-Yorka yola düşüb.
Qeyd edək ki, bundan öncə ABŞ Konqresinin 50 üzvü Co Baydenə bu səfər barədə müraciət ünvanlamışdılar.
Onlar Baydendən istəmişdilər ki, İran prezidentinə ABŞ vizası verilməsin.