ArxivXəbər lentiXəbərlər
Azərbaycan Respublikası ABŞ-ın yeni prezidentindən nələr gözləyir?

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bakının Amerikada prezident seçkiləri keçiriləndən sonra bu ölkədən nələr gözlədiyini bildirib.
Trend-in məlumatına görə, Hikmət Hacıyev bu gün Qarabağda Bakı ilə İrəvanın döyüşlərinin artmasına toxunaraq, deyib: Amerika ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi öz payını beynəlxalq hüquq normaları əsasında Qarabağ münaqişəsinin həlli üçün yerinə yetirməlidir.
Hacıyev həmçinin Bakı ilə Vaşinqtonun siyasi, iqtisadi, energetika, təhlükəsizlik, o sıradan beynəlxalq terrorizmlə mübarizə sahələrindəki həmkarlıqlarının genişləndirilməsi üçün səy göstərmələrini vurğulayıb.