ArxivXəbər lentiXəbərlər

Hüquq müdafiəçisi İntiqam Əliyev azadlığa buraxıla bilər

Baş prokuror İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib

İslamazeri.az bildirir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, Zakir Qaralov hüquq müdafiəçisi barəsində seçilən qərardan ağır olmasına dair əlavə kassasiya protesti verib.

C.Cavadov qeyd edib ki, martın 28-i saat 12-ə plenum təyin olunub: “İntiqam Əliyev həmin gün buraxıla bilər”.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağıt Cinayətlər Məhkəməsinin hökme ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button