qafqaz.ir xəbər verir ki, İŞİD ilk dəfə bir Rusiya vətəndaşının edam görüntülərini yayımlayıb.
İŞİD Rusiya daxili təhlükəsizlik xidməti FSB üçün agentlik etdiyi iddiasə ilə Kasiyev Magomid adlı bir çeçenin başını kəsərək öldürüb. Terror təşkilatı Suriyanın paytaxtı Raqqa şəhərində həyata keçirdiyi edamın görüntülərini internet üzərindən paylaşıb.
Paylaşılan görüntülərlə yanaşı Suriyada hərbi əməliyyatlarına davam edən Rusiya prezidenti Putin və ölkə rəhbərliyinə də təhdid yağdırılıb. Həmin videoda ana dili səviyyəsində rusca danışan İŞİD terrorçusu əlindəki bıçaqla casus olduğu iddia edilən çeçenin arxasında dayanaraq, Putin rəhbərliyini təhdid edib. Sonra da 24 yaşlı Magomidin başını kəsərək öldürüb. Qeyd edək ki, bu görüntülər “Cihadçı Con” ləqəbi ilə tanınan Məhəmməd Emvazinin keçən ay öldürülməsindən bu yana yayımlanan ilk edam görüntüləri olma xüsusiyyətini daşıyır.