İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar razılaşmasını müsbət qarşılayır. Qafqaz.ir-in məlumatına görə, bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi özünün "Twitter" səhifəsində yazıb. M.Vaezinin sözlərinə görə, İran bu münaqişənin beynəlxalq qaydalar, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanır. Vaezi əlavə edib ki, İran müharibənin başa çatmasına sevinir və əldə olunan razılaşmanın icra olunacağına ümid edir.(Trend)