İran Dağlıq Qarabağ böhranının həllinə kömək edəcək hər bir formatı müsbət qarşılayır. Qafqaz.ir -in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib. S.Xətibzadənin sözlərinə görə, təxminən 30 ildir davam edən münaqişənin həll edilməsi İran üçün önəmlidir. O əlavə edib ki, bu münaqişənin bir həll planı ilə 2-3 həftə ərzində həll olunacağını gözləmək olmaz: "Əlbəttə, bununla əlaqədar əvəllər irəli sürülən planlar böhranın həllinə kömək etməyib".