İranın energetika naziri deyib ki, İran və Rusiyanın elektrik şəbəkələrinin Azərbaycan Respublikası yolu ilə sinxronlaşdırılması üzrə proqram gündəmdə durur.
Qafqaz.ir xəbər verir, Reza Ərdəkaniyan bu gün Tehranda Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə görüşdən sonra müxbirlər qarşısında həmçinin İranın elektrik enerjisinin Azərbaycan Respublikasına satışı üzrə müqavilənin uzadılmasından xəbər verib. Bildirib ki, iki ölkə arasında elektrik əlaqəsinin genişləndirilməsi tərəflərin təkid etdikləri məsələ olubdur.
Ərdəkaniyan Azərbaycan Respublikasını İran üçün mühüm bir qonşu adlandırıb. Bildirib ki, iki ölkə arasında çeşidli həmkarlıq sahələri mövcuddur.
Elektrik şəbəkələrinin sinxronlaşdırılmasının icra edilməsinin məziyyətləri elektrik şəbəkəsinin sabitliyinə və şəbəkənin daha da güclənməsinə kömək edəcək.
İranın energetika naziri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla olmuş bugünkü müzakirələrinə işarə ilə deyib: İran Azərbaycan Respublikasının Qarabağ bölgəsində işğaldan azad edilmiş bölgələrində su və elektrik şəbəkələrini bərpa etməyə hazır olduğunu bildirdi. O, söyləyib: İran şirkətləri bu sahədə həm Azərbaycan Respublikasına, həm də texniki biliyə və köməyə ehtiyac duyan digər bölgə ölkələrinə yardım istiqamətində fəaliyyət göstərə bilərlər.