AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Azərbaycan hökuməti öz ölkəsinin xalqı ilə münasib rəftar etsin

Ayətullah Amili hər gün Astara və Biləsuvar keçid məntəqəsindən 40 min Azərbaycan vətəndaşının İrana daxil olması məsələsinə toxunaraq deyib: “Birincisi, onlar Ali-Muhəmmədin ardıcıllarıdır və onlarla yaxşı, insafla davranmaq lazımdır. Xüsusilə də bu bayram günlərində onlarla yaxşı rəftar olunsun. İkincisi də budur ki, Azərbaycan hökuməti gömrükdə onlarla pis davranmamalıdır. Azərbaycan əhalisi mənə müraciət edir və problemlərindən danışırlar. Onlar, dərdlərini demək üçün ölkələrində azad tribunanın olmamasından gileylənirlər”.

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi bu həftəki cümə namazının xütbələrində müxtəlif etnik xalqlar və məzhəblər arasında təfriqəçiliyə işarə edərək deyib: “Düşmən xalqı yormaq, sonra da onlar arasında öz istədiyini icra etmək niyyətindədir”.

Həzrət Ayətullah Amili bu məsələdə Qarabağ mövzusuna da toxunaraq dedi: “Bu arada Qarabağ məsələsini uzatmaqla istəyirlər ki, axırda əhali müharibə və qarşıdurmadan yorulsun və dünya imperializminin fərmanlarına təslim olsun”.

Ərdəbilin imam cüməsi xütbələrinin digər hissəsində hər gün Astara və Biləsuvar keçid məntəqəsindən 40 min Azərbaycan vətəndaşının öz gündəlik tələbat mallarını təmin etmək üçün  İrana daxil olması məsələsinə toxunaraq,əhalidən onlara qarşı yaxşı davranmalarını və onlara hörmətlə yanaşmalarını istəyib.

O, əlavə edib: “Azərbaycan Respublikası xalqı çox çətin iqtisadi durumda yaşayırlar və fəryadlarına yetişəcək bir kəs də yoxdur”.

Ayətullah Amili Azərbaycanın dövlət rəsmilərinə xitab edərək deyib: “Nə üçün çox çətinliklə bayram mallarını və ərzağını təmin etmişbir şəxsə təzyiq göstərirsiniz və bəzən gömrükdə onun əzab-əziyyətlə qazandığı pulla aldığı malları əllərindən alıb, əzirsiniz?”

Vəliyyi-Fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi çıxışının sonunda Azərbaycan Respublikası xalqı üçün daha ardıq izzət və başıucalıq arzulayaraq, onların hökumətdən bəzi istəklərinə işarə edərək deyib: “Azərbaycan xalqı deyir ki, əgər dövlətimiz bizim bu şəraitimizdə İrandan gündəlik təlabatımızı təmin etməyimizi xoşlamırsa, onda bu malları xalq üçün özləri hazırlasın və xalq da alış-veriş üçün İrana üz tutmağa məcbur olmasın”.

O, daha sonra deyib: “İnşallah, bazar günü Mirzə Əli Əkbər məscidində sübh namazını camaatla qıldıqdan sonra təvəssül duası və münacatla yeni ili qarşılayacağıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button