ArxivmədəniyyatSosialXəbər lentiXəbərlər
İran səfirliyi “Ermənistana silah daşınması xəbəri yalan və əsassızdır”

Səfirlikdən İnterAz-a daxil olan məlumatda qeyd edilir:
“Bəzi KİV-lərdə İran İslam Respublikasının Norduz sərhəd keçid məntəqəsindən Rusiyaya məxsus silah və hərbi texnikanın Ermənistana daşınması haqqında yayılan xəbərləri nəzərə alaraq bildirmək istərdik ki, bu xəbərlər yalan və əsassızdır.
Bu xəbərlər iki ölkə arasındakı inkişafda olan dostluq və əməkdaşlıq münasibətlərini ləkələmək məqsədilə hazırlanıb və qətiyyən doğru deyil”.