Azərbaycandan işğalçıya daha bir dəstək

Dünya müsəlmanları qaniçən sionist rejiminin cəllad başçılarını lənətlədiyi bir vaxtda, Azərbaycandan Qüdsü işğal etmiş rejimə daha bir dəstək nümayış etdirilib.
APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının nümayəndə heyəti fələstinli uşaqların qatili olan Şimon Peresin dəfnində iştirak etmək üçün İsrailə gedib.
Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti işğal olunmuş torpaqlardadır.
Azərbaycan nümayəndə heyəti İsrailin keçmiş başçısı Qana cəlladı Şimon Peresin dəfn mərasimində iştirak edəcək.
Azərbaycan prezidenti İlham Əliyev də rejimin Bakıdakı səfirliyində olub, sionist rejimin Bakı təmsilçisi Dan Stav-a hətta başsağlığı verib.
Əliyev Peresin ölümü ilə bağlı ürək sözləri də yazıb.
Dünya müsəlmanları ilə yanaşı Azərbaycan xalqı da hər il Qüds Günündə sionist rejiminə nifrətini bildirib, “bütün işğalçılığa son” fəryad edir.