İran: Son 20 gündə ölkə infrastrukturasına 120-ə yaxın kiber hücum edilib

“Son 20 gün ərzində ölkə infrastrukturasını hədəfə alan 120-ə yaxın kiber hücuma qarşılıq verilib.”
bunu İranın Mülki Müdafiə Təşkilatının sədri Qulamrza Calali deyib.
Ötən gün keçirilən mətbuat konfransında o iğtişaşlar fonunda ölkə infrastrukturunu hədəfə alan 120-ə yaxın kiber hücumun olduğunu və onların qarşısının aldındığını bildirib.
“Düşmən çalışdı ki, bu sahədə çoxlu təbliğatlar aparsın, amma iddialarının çoxu da yalan idi”, deyə o əlavə edib.
İran rəsmisi sözlərini belə davam etdirib:
“İrana qarşı media və kibertəhlükəsizlik müstəvisində ən şiddətli hücumların şahidiyik. Bu hər hansı bir ölkəyə qarşı baş versəydi, aradan getmişdi. Xalqımız ayıq-saylıqlı nümayiş etdirib, düşmənlərin öz məqsədlərinə çatmasına imkan vermədilər.”