İran televiziyasının Xocalı faciəsi telefilmi Azərbaycan telekanallarına göndərilib

Qanlı Xocalı faciəsinin ildönümü ərəfəsində, İran teleradio təşkilatının Bakı ofisinin Xocalı faciəsi barədə hazırladığı telefilmin nüsxələri Aztv, ANS, Xəzər, Lider və Space telekanallarına göndərilib.
İran televiziyasının Bakı ofisinin başçısı Əhməd Kazimi bu barədə deyib: video materialda Azərbaycan Respublikasının tədqiqatçıları, fikir sahibləri, qurumların başçıları və deputatların Xocalı faciəsi barədə fikirləri öyrənilib və beynəlxalq ictimaiyyətin bu məsələyə münasib reaksiya verməsi və cinayətin amillərinin cəzalandırılması istənilib.
Kaziminin dediyinə görə, bu veriliş İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək, hər hansı soyqırımını pisləmək və Azərbaycan xalqı ilə həmdərdlik bildirmək siyasəti istiqamətində hazırlanıb.
O Azərbaycan Respublikası ümumi fikrinin bu verilişi müsbət qarşıladığını bildirərək deyib: Azərbaycanın qeyri hökumət təşkilatları koalisiyası keçən ay Bakıda keçirdiyi iclasda Qarabağ münaqişəsi və Xocalı faciəsinin həqiqətlərinin təqdim olunmasının iki ölkə arasında media həmrəyliyinin göstəricisi olduğunu bildirərək bu təşəbbüsü yüksək qiymətləndirmişlər.
Həmin iclasda işğal olunmuş torpaqların tarixi və mədəni abidələrini müdafiə mərkəzinin sədri Faiq İsmayılov deyib: Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində İİR teleradio təşkilatının Xocalı faciəsi barədə hazırladığı sənədli filmə mükafat təqdim etməklə bu təşəbbüsü qiymətləndirmək istədik.
İİR teleradio təşkilatının Bakı ofisinin direktorunun dediyinə görə bu film İranın sərhəd aşırı televiziya və radiolarından yayımlanıb və onun məlumatları ölkənin daxili saytlarında da yer alıb.
Bu veriliş Azərbaycan Respublikası daxilində əks-səda doğurub.
İİR teleradio təşkilatının Bakı ofisindən verilən məlumatda sonda bildirilir ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən Qarabağ müharibəsi dövründə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin nəzarətə keçməsi nəticəsində 613 Azərbaycanlı mülki o cümlədən 63 uşaq həyatını itirdi./Tehran Radiosu/