ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zamin Salayev 65 gündür aclığı davam etdirir

Xalq Cəbhəsi Partiyasının üzvü Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 65 gündür aclıq edir.

Qafqaz Həqiqətləri xəbər verir ki, bu barədə “Turan”a bu gün İstintaq Təcridxanasında onunla görüşən vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, Salayevin vəziyyəti ağırdır. “O, artıq gəzə bilmir. Görüşə nəzarətçilər qolundan tutub gətirmişdilər. Güclü başgicəllənmələri var, bədənində yaralar əmələ gəlib. O, həddindən artıq arıqlayıb”, deyə vəkil bildirib.

Salayev hələ də sanitar hissəyə keçirilməyib. Vəkil qeyd edib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, Salayev aclığı davam etdirmək niyyətindədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button