İran və Türkiyə prezidentlərinin başçılığı ilə iki ölkə arasında Əməkdaşlıqlar üzrə Ali Şuranın iclası başlanılıb.
Qafqaz.ir-nin məlumatına əsasən,Tehranda İran və Türkiyə prezidentlərinin başçılığı və iki ölkənin yüksək səviyyəli heyətlərinin iştirakı ilə İran və Türkiyə arasında Əməkdaşlıq üzrə Ali şuranın 7-ci iclası öz işinə başlayıb.
Toplantıdan sonra ölkələr arasında bir sıra sənədlər imzalanacaq və liderlər birgə mətbuat konfransı keçirəcəklər.