İran və Azərbaycan arasında əməkdaşlıq sənədləri imzalanıb

İran İslam Respublikası və Azərbaycan müxtəlif iqtisadi və təhlükəsizlik sahələri ilə bağlı əməkdaşlıq sənədləri imzalayıblar.
Bu sənədlər bazar günü Bakıda İran və Azərbaycan prezidentlərinin iştirakı ilə imzalanıb.
Bu məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi
ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu, “Azərbaycan Respublikasının
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədlərin imzalanmasının ardınca, iki ölkə prezidentləri Həsən Ruhani və İlham Əliyev birgə mətbuat konfransı keçiriblər.
İran prezidenti Həsən Ruhani 2 günlük səfər məqsədi ilə Bakıdadır.